...

Bakıda Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2006 11:53 (UTC +04:00)

Fevralın 2-3-də Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransı keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə gömrük komitəsinin məlumatında deyilir. Konfransda 37 ölkənin və 6 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.

Konfransın birinci günündə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsinə gül dəstələri qoyacaq və Şəhidlər Xiyabanına baş çəkəcək. Daha sonra konfrans öz işinə başlayacaq.

Konfransın ikinci günündə saxta mallar və piratçılıqla mübarizə üzrə 2-ci Qlobal konqresin yekunları, saxta mallar və piratçılıqla mübarizədə ÜTT-nin rolu, sərhədin keçilməsi ilə bağlı mütəşəkkil cinayətkarlıqla mübarizədə Cənub-Şərqi Avropa əməkdaşlıq təşəbbüsü mərkəzinin (SECI) fəaliyyəti müzakirəyə çıxarılacaq.

Konfrans zamanı nümayəndə heyəti ÜTT-nin Bakıdakı regional tədris mərkəzi və DGK-nin kinoloji mərkəzi ilə tanış olacaq, "Narkomanlığın və narkotik vasitələrin yayılması ilə mübarizədə ümumdünya gömrük sisteminin rolu"na həsr olunmuş sərgiyə, həmçinin, Bakının görməli yerlərinə baş çəkəcək.

Konfransın işi zamanı nümayəndə heyəti arasında ikitərəfli görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti