...

AİB "quş qripi" ilə mübarizə məqsədilə Orta Asiya və Azərbaycan regionunda tədbirləri maliyyələşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2006 15:19 (UTC +04:00)

Azərbaycan hökuməti Asiya inkişaf bankını (AİB) quş qripi ilə mübarizə məqsədilə ikinci təcili yardım çərçivəsində bankın göstərdiyi yardımın istiqamətləri iloə bağlı xəbərdarlıq edib. Bu barədə Trend Nazirlər Kabinetində bildirilib. Yardımın ümumi məbləği $200 min təşkil edəcək ki, bundan da yarıbayarı ($100 min olmaqla) baytarlıq xidməti üçün səhiyyə və kənd təsərrüfatı nazirliklərinə təqdim ediləcək. Bu vəsaitin bir ay ərzində ayrılacağı gözlənilir. Ölkəyə birinci yardım çərçivəsində AİB $50 min ayırmışdı və bu barədə imzalanma yanvarın 26-da AR K/T naziri İsmət Abbasov və AİB-in Şərqi və Mərkəzi Asiya üzrə əməliyyat Departamenti sektorunun direktoru Adrian Ruzenberq arsında keçirilmişdi. Bu vəsaitlər xüsusi müdafiə geyimi və zəruri ləvazimatın alınması üçün nəzərdə tutulub ki, monitorinq və nəzarət üçün cəlb edilmiş əməkdaşların bu xəstəliyə yoluxmaması təmin edilsin. AİB hazırda quş qripi riski ilə bağlı vəziyyətə nəzarət üçün yardım strategiyasını hazırlayır.

Nazirlər Kabinetində həm də qeyd olunub ki, AİB irimiqyaslı layihəni maliyyələşdirməyə hazır olduğunu bəyan edib. Maliyyələşdirmənin həcmi yaxın vaxtlarda bankın direktorlar Şurasında təsdiq edilmədən sonra məlum olacaq. Vəsait Orta Asiya və Azərbaycan regionuna ayrılacaq.

Xəbər lenti

Xəbər lenti