...

Əmanətlərin indeksasiyasının Azərbaycan variantı MDB-nin digər ölkələrindən yaxşı ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 18:16 (UTC +04:00)

Keçmiş Əmanət banklarında əhalinin əmanətlərinin indeksləşdirilməsi yekun mexanizminin hazırlanmasına qədər dövlət komissiyası əvvəlcə MDB ölkələrinin təcrübəsinin öyrənmək niyyətindədir. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib. Bütünlükdə, Azərbaycan hökuməti onun 8 il ərzində aparmaq niyyətindədir və bu məqsədlə artıq 2006-cı ilin dövlət büdcəsindən vəsait ayrılıb. Bu proses bu il "Əhalinin əmanətlərinin indeksləşdirilməsi barədə" Qanun parlament tərəfindən qəbul edilməsindən sonra başlanıb. Doğrudur, maliyyəçilərin fikrincə, Birliyin digər ölkələrindən fərqli olaraq, indeksləşmə prosesi 1993-97-ci illər ərzində 170% keçirilib.

Əmanətbankın hüquqi varisi olduğu Kapitalbank tərəfindən aparılan inventarizasiyanın gedişində 1 mln 960 min əmanətçinin olduğu aşkar olub. Onların əmanətlərinin ümumi məbləği 4,8 mlrd sovet rublu təşkil edir. İndeksləşmə üçün bir neçə variant mövcuddur.

MDB ölkələrindən indeksləşmə yalnız Qazaxıstan, Qırğızıstan və Belorus Respublikasında başa çatıb. Hazırda əmanətlərin indeksləşdirilməsi prosesi Rusiyada, Ukraynada və Moldovada aparılır. Bu ölkələrdən hər birində o, müxtəlif cür aparılır. Belə ki, Rusiyada 1 sovet rublu $0,0033, Qazaxıstanda $0,006 (və ya 150 rubl 1 dollar qəbul edilir), Ukraynada $0,009, Belarusda $0,33, Moldovada $0,20, Qırğızıstanda $0,024-dır .

Maliyyəçilərin fikrincə, hazırda dövlət komissiyası tərəfindən nəzərdən keçirilən indeksləşmənin variantları daha yaxşı şərtlər təklif edir.

Xəbər lenti

Xəbər lenti