...

Səlim Müslümov: 2008-ci ildə Azərbaycanda əsas pensiya $60-a çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2006 16:07 (UTC +04:00)

Əhalinin sosial müdafiəsi Dövlət Fondu (ƏSMDF) 2008-ci ilə qədər sosial sığortalara olan ayırmaların qüvvədə olan dərəcələrini dəyişməyi məqsədəuyğun hesab etmir. Bu barədə Trend ə fondun sədri Səlim Müslümov məlumat verib. 2005-ci ildən məcburi sosial sığortaların dərəcəsi 25% təşkil edir.

S.Müslümov hesab edir ki, indiki vəziyyətdə pensiyaların minimal ölçüsünün artırılması və pensiyaların yoxsulluq səviyyəsindən yuxarı qaldırılması, 2007-ci ildə sosial ayırmalar üzrə dərəcələrin aşağı salınması barədə söhbət belə gedə bilməz. Dövlət fondu 2008-ci ilin ortalarında pensiyaların əsas hissəsinin $60 səviyyəsinə çıxmasını planlaşdırır. Hazırda Azərbaycanda əsas pensiyalar 25 manat təşkil edir, 2006-cı ilin sonlarına kimi 35 manata qədər artırılacaq.

"Ümumilikdə, BMT-nin inkişaf etməkdə olan ölkələrə münasibətdə müəyyən etdiyi kriteriyalar var. Həmin kriteriyalara görə, gündəlik gəlirləri $2-dan az olan adamlar yoxsul hesab olunurlar. Əgər biz pensiyaları $60 səviyyəsinə çatdıra bilsək, onda pensiyaçıların böyük hissəsini yoxsulluq səviyyəsindən çıxara bilərik", - deyə S.Müslümov bildirib.

"Bu halda tədaqüdçülər yoxsul hesab edilməyəcəklər. İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, 2008-ci ilin ortalarında pensiyaçılar üçün yaşamaq üçün zəruri olan minimum vəsait ilkin proqnozlara görə $60-dan ibarət olacaq ", - deyə S.Müslümov bildirib.

Əsas pensiyaların səviyyəsinin artmasından sonra hökumətin əsas vəzifəsi pensiyaların orta miqdarının orta aylıq əmək haqqından 40% -ə qədər artırmaq olacaq. ƏSMDF-nun rəhbəri buna nail olmağın mümkün olduğunu, lakin bunun mərhələli şəkildə həyata keçirməyi vacib hesab edir. Orta pensiyaların artırılaq bu səviyyəyə çatdırılması Avropa Şurasının Sosial Xartiyasının tələbləri çərçivəsində həyata keçiriləcək.

Bu gün Azərbaycan MDB dövlətləri arasında pensiyaların orta miqdarına görə Qazaxıstan, Rusiya, Belarus və Ukraynadan sonra beşinci yerdədir.

Xəbər lenti

Xəbər lenti