...

BVF istehlak qiymətlərinin indeksinin hesablanması üzrə yeni metodologiyanın işlənib hazırlanmasında Dövlət Statistika komitəsinə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2006 11:01 (UTC +04:00)

Fevralın 28-də Beynəlxalq Valyuta Fondunun Statistika Departamentinin aparıcı eksperti Maykl Silver Bakıya gəlib. Bu barədə BVF-nin Bakı nümayəndəliyindən məlumat verilib. Səfərdə əsas məqsəd istehlak qiymətlərinin indeksinin hesablanmasının yeni metodologiyasının işlənib hazırlanmasında Dövlət Statistika komitəsinə kömək etməkdən ibarətdir.

Ekspertlərin fikrincə, bu gün Azərbaycanda istehlak qiymətlərinin indeksinin hesablanmasının mövcud metodologiyası çox mürəkkəbdir. Buna görə də BVF nümayəndəsi yerli ekspertləri digər ölkələrin təcrübəsi ilə tanış edəcək və respublika üçün daha münasib variant qəbul olunacaq.

Səfər BVF-nin DSK-ya texniki yardımı çərçivəsində keçirilir və martın 3-dək davam edəcək. Görüşlərin DSK-da və AMB-də keçirilməsi planlaşdırılır.

BVF DSK-ya 1993-cü ildən texniki yardım göstərir. Fondun ekspertləri milli hesabat sistemi ilə tanış olmaq üçün hər rüb respublikaya gəlir və onları daha çox qiymət statistikası maraqlandırır.

Xəbər lenti

Xəbər lenti