...

Vneştorqbank Azərbaycanda bank alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2006 19:10 (UTC +04:00)

Vneştorqbank prinsip etibarilə ya Azərbaycanda bank almağa, ya da bu ölkədə filialın açılmasının mümkünlüyü ilə razılaşıb. Trend in məlumatına görə, bu barədə martın 1-də VTB-ın İdarə Heyətinin sədri, prezidenti Andrey Kostin mətbuat konfransında bildirib.

Bundan əlavə, VTB rəhbərinin sözlərinə görə, bank Qazaxıstan, Moldova, Türkmənistan, Tacikistan, Qırqızıstanda bir neçə bank alıb. Bu günə kimi VTB Ukraynada iki törəmə banka malikdir(VTB-Ukrayna adı altında birləşən Vneştorqbank-Ukrayna və Vneştorqbank-Mriya). Bundan əlavə, VTB Ermənistan və Gürcüstanda da törəmə banklara malikdir. Bu barədə PRAYM-TASS məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti