...

Bakı ətrafındakı yolun dəyəri təxminən $50 mln təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2006 15:45 (UTC +04:00)

Bakı ətrafındakı avtomobil yolunun inşası layihəsi $58 mln dəyərində qiymətləndirilir. Bu barədə martın 2-də nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. "Azərbaycan tərəfi gələcəkdə görülməsi nəzərdə tutulan bir sıra işləri ixtisara salıb. Beləliklə, layihənin gerçəkləşdirilməsi üçün $49,5 - $50 mln lazımdır", - deyə nazir qeyd edib. Bu prosesə yayda başlamaq nəzərdə tutulur.

Layihənin dəyəri İordaniyanın "Ərəb Konsalt" layihəçisi tərəfindən yolun təkrar texniki araşdırılmasından sonra dəqiqləşdirilib. Layihənin qiymətinin bahalaşması kommunikasiyanın köçürülməsi, həmçinin, yolun 5 km uzunluğunda bir hissəsinin inşası, bir sıra digər infrastrukturların qurulması zərurəti ilə izah olunur. Bütün bunlar layihənin əvvəlki texniki-iqtisadi əsaslandırılmasında nəzərdə tutulmamışdı. Eyni zamanda yolu yeni avtovağzal kompleksi ilə birləşdirəcək körpünün inşası nəzərdə tutulur. Nazir qeyd edib ki, 90-cı illərin ortalarında bu layihənin hazırlanması zamanı bir sıra səhvlərə yol verilib. Bundan başqa inşaat materialları və xidmətlərin qiyməti də bahalaşıb.

Layihənin Küveyt İnkişaf Fondu ($14,9 mln), Əbu-Dabi Ərəb inkişaf Fondu ($10 mln) və Azərbaycan hökumətinin ($3,5 mln) vəsaitləri hesabına həyata keçirilməsi nəzərdə tutulurdu. Nazirin sözlərinə görə, layihənin bahalaşması ilə əlaqədar çatışmayan vəsait Azərbaycan hökuməti tərəfindən ayrıla bilər.

Xəbər lenti

Xəbər lenti