...

Çex şirkəti Bakı-Samur yolunun yenidən qurulması layihəsinin icrasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2006 18:40 (UTC +04:00)

Martın 10-dan Çexiyanın ZS Brno şirkəti Bakı-Samur magistralının yenidənqurulması layihəsi çərçivəsində avtomobil yolunun bir hissəsinin bərpası layihəsinin reallaşdırılmasına başlayır. Trend in məlumatına görə, bu barədə martın 2-də nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. Şirkət Quba şəhərinin yanından keçən yolu tikəcək. Nazirin qeyd etdiyi kimi, bu zaman ətraf yollar bütün şəhərin yanından keçəcək.

Bu şirkətin subpodratçısı kimi Azərbaycanın AzərInsaatServis şirkəti çıxış edir. Bu la yihənin maliyyələşdirilməsi Çexiyanın "Eksimbank"ı tərəfindən həyata keçiriləcək.

Bakı -Samur avtomobil magistralının yenidənqurulması layihəsinin reallaşdırılması üçün vəsaiti Avropa Yenidənqurma və İnkişaf Bankı və Çexiyanın "Eksimbank"ı ayırır. AYİB-in ayırdığı kreditin məbləği $100 mln. təşkil edir. Onlar dövlət zəmanəti altında standart şərtlərlə verilir. Bu vəsait 29 km-dən 89 km-dək yolun tikintisinə xərclənəcək. Nazirin qeyd etdiyi kimi, Avropa Bankının kreditinin mənimsənilməsinə 3 aydan sonra başlanılacaq.

Uzunluğu 208 km olan yolun digər hissəsi $180 mln. kredit ayıran Çexiya "Eksimbank"ının vəsaiti hesabına təmir olunacaq. Çex bankının krediti sindikatlaşdırılıb. Vəsaitin ümumi həcmindən $102 mln-nu "Gksimbank" və $78 mln.-nu Fransanın BNP Paribas bankı təqdim edib. Kredit 4 illik güzəşt dövrlə 15 il müddətinə və Libor+0,6% faiz dərəcəsi ilə ayrılıb.

Xəbər lenti

Xəbər lenti