...

İsmət Abasov: Azərbaycanın kənd təsərrüfatı Nazirliyi keyfiyyətsiz qida məhsullarının ölkəyə gətirilməsinə icazə verməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2006 19:12 (UTC +04:00)

Azərbaycanın kənd təsərrüfatı Nazirliyi keyfiyyətsiz qida məhsullarının ölkəyə gətirilməsinə icazə verməyəcək. Trend bildirir ki, martın 3-də kənd təsərrüfatı naziri İsmət Abasov zebu ətinin idxalına qadağa ilə bağlı vəziyyəti şərh edərkən bu barədə bəyan edib.

Onun sözlərinə görə, tenderdə alınmış ət milli ordu üçün nəzərdə tutulub. Hindistanın "Alnur Gksport" şirkəti ilə 21 dekabr 2005-ci ildə 2750 ton həcmində dondurulmuş mal ətinin alınmasına dair saziş imzalanıb. Ət Hindistandn gətirilib.

Fevralın əvvəlində Astarada sərhəd məntəqəsinin baytarlıq xidmətinin mütəxəssisləri malı sərhəddə saxlayıb. "Ət sərhəddən keçirilib, amma baytarlar təhlil aparıb və aşkar olunub ki, bu, mal əti yox, zebu ətidir" -deyə İ.Abasov qeyd edib.

"Ət alınmazdan öncə hər hansı bir şirkətdə istehsalçı ölkədəki epizootik vəziyyətlə bağlı araşdırma aparılır. Bizdə olan məlumata görə, bu ətlə dolu bir neçə yük maşını hələ də sərhəddədir" -deyə nazir sonda bildirib.

Xəbər lenti

Xəbər lenti