...

Azərbaycanda 2007-ci ildə büdcə vəsaitlərinin sərf olunması yeni sistem üzrə həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2006 20:47 (UTC +04:00)

Dövlət büdcəsi xərclərinin 2007-ci ildə formalaşdırılması yeni proqram əsasında aparılacaq. Bu barədə Trend ə maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib. Maliyyə Nazirliyinə məsləhətləşməni ABŞ hökumətindən olan məsləhətçi göstərir.

Proqnozların formalaşdırılması üzərində iş Nazirlər Kabinetinin Dövlət komissiyasının tərkibini təsdiq etdikdən sonra başlanılacaq. Maliyyə nazirliyi təklif edir ki, komissiyaya İ.Fətizadə başçılıq etsin. Məxaric bəndləri yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, investisiya siyasəti dövlət proqramına əsaslanacaq.

Nazir müavininin sözlərinə görə, proqnozların tərtibi üçün yeni sistem işlənib hazırlanır və komissiyanın işinə yeniliklər ediləcək. BVF-nin təklifinə müvafiq olaraq büdcə vəsaitlərinin sərf olunması proqram xarakteri daşıyacaq və yeni sistem bu yeniliklə bağlıdır.

Xəbər lenti

Xəbər lenti