...

Rabitəbank İslam İnkişaf Korporasiyasının kredit vəsaitləri hesabına yenidən maliyyələşdirməyə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2006 13:30 (UTC +04:00)

Rabitəbank səhmdar-kommersiya bankı İslam İnkişaf korporasiyasının ayırdığı krediti tamamilə mənimsəyib. Bu barədə Trend ə bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev məlumat verib.

Rabitəbank və İİK arasında bank üçün $800 min kreditin ayrılmasına dair saziş 2004-cü ilin noyabrında imzalanıb.

Kreditin ödənilməsinə hələ başlanılmayıb, belə ki, saziş üzrə əsas borcun ödənilməsi müddəti 2 illiyinə uzadılıb. Bununla əlaqədar borc alanların qaytardığı vəsaitləri bank yenidən maliyyələşdirməyi planlaşdırır. Bunun üçün bankın sərəncamında 1-2 il ərzində mənimsəniləcək $300 min vəsait var.

İİK-nın kredit vəsaitləri kiçik və orta sahibkarlığın layihələrinin maliyyələşdirilməsi üçün ayrılır. Bu kreditin məbləği $100 min-$800 min arasında ola bilər. Lakin layihənin dəyərinin ən azı 20%-i borc alanın öz vəsaiti hesabına maliyyələşdirilməlidir. Layihənin 80%-ə qədəri isə bankın kreditləri ilə maliyyələşdirilə bilər.

Xəbər lenti

Xəbər lenti