...

McDonalds Azerbaijan şirkətinin investisiyalarının həcmi ilin sonuna kimi $6 mln. təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2006 15:02 (UTC +04:00)

İlin sonuna kimi Amerikanın McDonalds şirkəti Bakıda iki əlavə restoran açmağı planlaşdırır. McDonalds Azerbaijan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin Trend ə verdiyi məlumata görə, onlardan biri "Novruz bayramı" ərəfəsində Nəriman Nərimanov adın metro stansiyası yannıda, ikincisi isə ilin sonunda mikrorayonda açılacaq. Nəticədə McDonalds-ın Azərbaycanda 4 restoranı olacaq. Sonuncusu işlə təminatına görə ən böyüyü olacaq. Belə ki, burada 100 nəfərə yaxın adam çalışacaq və onların korporasiya sistemində karyera artımı imkanları olacaq. Hazırda onlar üçün gələcək restoranların idarə olunması üçün heyətin təhsil kursları keçirilir.

İndiyə kimi korporasiya Azərbaycanın restoran şəbəkəsinə qarşıda yeni açılacaq restoranlarla birgə $4 mln. sərmayə qoyub. Lakin ilin sonuna kimi investisiyaların həcmi $6 mln. qədər artırılacaq. Bu, sonuncu restoranın həcminə və əlavə xidmətlərinə görə həcmcə ən böyük olması ilə bağlıdır. Oraya birbaşa ABŞ-dan $1,5 mln. dollaradək investisiya qoymaq planlaşdırılıb.

Avropanın tanınmış dizayn studiyalarından biri tərəfindən yerinə yetirilən üçüncü restoranın dizaynı Azərbaycanın arxitektura şirkəti olan "Elemden" şirkətilə uyğunlaşdırılıb. M.Mirzəyev hesab edir ki, dünyanın bu və ya digər ölkəsində hər bir yeni McDonalds restoranını açılışı investisiya mühitinin müəyyən göstəricisidir. Bu gün Orta Asiyada və Ermənistanda McDonalds restoranları yoxdur.

Korporasiya Azərbaycanın regionlarında fəaliyyətini genişləndirməyi planlaşdırır. Bakının hüdudlarından kənarda ilk restoran Gəncədə açılacaq bununla bağlı artıq görüşlər keçirilib. Bu gün layihə işlənib hazırlanır və restoranın yerləşəcəyi yerin müəyyən edilməsi ilə bağlı ilkin mərhələ başa çatıb. Növbəti restoran Sumqayıtda açılacaq. Orta hesabla hər restorana $1 mln. investisiya qoyulacaq.

Hazırda McDonalds üçün NESTLE texnologiyası üzrə istehsal olunacaq dondurmaların və kokteyllərin istehsalı üzrə layihələrin reallaşdırılması başa çatmaq üzrədir. İlk nümunələrin nəticələri McDonalds məhsullarının ən iri keyfiyyət laboratoriyalarının yerləşdiyi Franskfurta göndəriləcək. Bundan sonra yerli istehsalçıya McDonalds tədarükçüsü kimi rəsmi lisenziya veriləcək.

Bütün bu infrastrukturanın yaradılmasından sonra şirkət tərəfindən qoyulan xərcin çıxarılmasından danışmaq olar. Belə ki, hətta Rusiyada McDonalds korporasiyası istehsal dövriyyəsinə $40 mln. investisiya qoyub. Ukraynada McDonalds məhsullarının bütün spektri üçün nəzərdə tutulmuş nəhəng kompleks tikilib. Azərbaycanda mövcud 2-3 restoranla hazırki investisiyalarla aqro-sənaye kompleksinin gəlirli olmasından danışmaq tezdir. Ta o vaxta qədər ki, bazarda 5-10 McDonalds restoranı fəaliyyət göstərsin.

Son bir neçə ildə şirkət valyuta bazarlarında gedən proseslərə, dolların kursunun aşağı düşməsinə, Avropada satış qiymətlərinin artmasına baxmayaraq qiymətləri dəyişməyib.

Yaxın 2-3 ildə korporasiyanın planlarına Azərbaycanda, Bakıda və onun regionlarında minimum 6-7 restoran açmaq daxildir. İlk restoran 1999-cu ildə, ikinci - 2002-ci ildə açılıb. Lakin 2006-cı il dönüş ili olacaq. Azərbaycan inkişaf sürətinə görə, Avropada və bütün dünyada fəaliyyətlə müqayisədə aşağı hesab edilir ki, bu da yerli şəraitlə bağlıdır. Ukraynada ilk restoran 1997-ci ildə açılıb və bu gün ölkədə 58 restoran fəaliyyət göstərir ki, investisiyaların ümumi həcmi $200 mlndur. Rusiyada ilk restoran 1990-cı ildə yaradılıb və bu gün ölkədə 170-ə yaxın restoran fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti