...

İqtisadi inkişaf nazirliyi AİB-in kreditləri hesabına bankların regional infrastrukturunun inkişafını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2006 11:12 (UTC +04:00)

İqtisadi inkişaf nazirliyi Asiya İnkişaf Bankının kreditləri hesabına həyata keçirilməsi planlaşdırılan mikro və kənd maliyyələşdirilməsi layihəsində bank komponentlərinin saxlanılmasını dəstəkləməkdə davam edir. "Banklara kömək lazımdır, buna görə də bu banklar tərəfindən regional şəbəkənin inkişafı üçün onları ucuz kreditlərlə dəstəkləmək lazımdır". Bu barədə Trend ə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Pullar yüksək dəyərə malik olduğundan banklara əhalidən cəlb olunmuş vəsait hesabına filiallar açmaq sərfəli deyil.

Nazir AİB-in layihəsində bankların regional infrastrukturunun inkişafını nəzərdə tutan komponentin saxlanmasını vacib hesab edir və yaxın vaxtlarda hökumət qəti qərar qəbul edəcək.

Ölkədəki vəziyyətlə tanış olmuş AİB ekspertləri mikrokreditlərə böyük tələbin mövcudluğuna əmin olub. Nəticədə bank kreditin həcmini 100 mln dollaradək artırıb. 1-ci tranş $25 mln məbləğində ayrılacaq. Bu vəsaitin 2-3 il ərzində uğurla mənimsənildiyi təqdirdə hökumət 2-ci, daha sonra isə 3-cü tranş üçün müraciət edəcək.

İİN, həmçinin, məsləhətçilər üçün çəkiləcək xərcləri AİB-in ayıracağı kredit deyil, qrant hesabına həyata keçirməyi təklif edir. Hökumət bu təklifi dəstəkləsə də, hər şey bankın qərarından asılıdır.

Layihənin həyata keçirilmə müddəti 5 ildir (2006-2010-cu illər).

Xəbər lenti

Xəbər lenti