...

İki ay ərzində dövlət büdcəsinin gəlirləri 101,4% icra olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2006 14:29 (UTC +04:00)

Operativ məlumatlara görə, 2006-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin mənfəət hissəsinə planlaşdırılan 415,728 mln. AZN əvəzinə xəzinəyə 421,387 mln. AZN keçirərək proqnozları 101,4% yerinə yetirilib. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib. Gəlirlərin artımı dövlət büdcəsinin praktiki olaraq, digər gəlirlər istisna olmaqla bütün gəlir maddələri üzrə müşahidə olunur.

Vergilər Nazirliyinin xətti üzrə bütün hesabat dövründə 222,959 mln. AZN proqnozuna qarşı 226 mln. AZN toplanılıb ki, bu da Dövlət Gömrük Komitəsinin pronozuna müvafiq oalaq 101,4% yerinə yetirilib. Gömrük vergiləri və rüsumlar 82,681 mln. AZN həcmində toplanılıb və DGK-nin proqnozuna müvafiq olaraq 101,9% yerinə yetirilib. Daxilolmaların ən yüksək sürəti Dövlət Əmlakının idarə olunması üzrə Dövlət Komitəsi xətti üzrə müşahidə olunub. Belə ki, dövlət əmlakının icarəsindən dövlət büdcəsinə ayırmalar üzrə proqnoz 185% səviyyəsində yerinə yetirilib. Digər ödəyicilərdən daxilolmalar 360 min AZN proqnozlarına qarşı 666 min AZN təşkil edib. Belə artım yanvarın 1-dən dövlət əmlakının yenidən qeydiyyata alınması ilə izah olunur. Müvafiq olaraq daxilomalar icarəyə görə cari ödəmələrə görə deyil, borclular tərəfindən də ödəmələrə görə də artıb.

Büdcədənkənar daxilolmaların payına 11,328 mln. AZN əvəzinə 13,698 mln. AZN düşüb ki, bu da 20,9% çoxdur.

Xəbər lenti

Xəbər lenti