...

Azəriqazbank-ın nizamnamə kapitalı ikiqat artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2006 15:50 (UTC +04:00)

Azəriqazbank səhmdar-investisiya bankının səhmdarları nizamnamə kapitalının 60 mlrd. manatadək (12 mln. AZN) artırılması barədə qərar qəbul edib. Bankın Müşahidə şurasının sədri Çingiz Əsədullayev Trend ə bildirib ki, Azəriqazbank-ın kapitalının artırılması 2005-ci ildəki fəaliyyətin yekunlarına əsasən mənfəət hesabına qismən həyata keçiriləcək və bundan 50% bu məqsədlərə yönəldiləcək. Qalan hissə dividendlər şəklində səhmdarlar arasında bölüşdürüləcək.

Bankın vergilərin ödənməsindən sonra xalis gəliri 7,835 mlrd. manat (1,567 mln. AZN) təşkil edib, baxmayaraq ki, bu rəqəm 7-7,5 mlrd. manat səviyyəsində proqnozlaşdırılırdı. Dividendlər illik 20,4% səviyyəsində təsdiq edilib. Hazırda Azəriqazbank-ın nizamnamə kapitalı 5,8 mln. AZN. səviyyəsindədir, ümumi kapital $8 mln.-u ötür.

Bankın əlavə kapitallaşmasına zərurət təkcə Azərbaycanın Milli bankının tələbləri ilə deyil, həm də AYİB-in borcuna olan limiti genişləndirmək arzusu ilə bağlıdır. Bu borc Azərbaycan bankı üçün $5,5 mln. səviyyəsində müəyyən edilib. Amma bu, tamamilə mənimsənilib. Azəriqazbank artıq AYİB-dən kiçik və orta sahibkarlığa (KOS) $3,5 mln. və ticarət maliyyələşdirməsi üçün $2 mln. həcmində kredit xətti alıb.

Xəbər lenti

Xəbər lenti