Bu gün AR prezidenti yanında qiymətli kağızlar üzrə Dövlət Komitəsində Azərbaycanda fəaliyyət göstərən və yaşayış binalarının inşasına cəlb olunmuş tikinti şirkətləri ilə görüş keçirilib. QKDK-nin Departament rəisi Əzim Abbasov Trend ə bildirib ki, görüşə 40 tikinti şirkətinin nümayəndələri dəvət olunub.
Onlar yaşayış binalarının inşası zamanı şirkətlər tərəfindən buraxıla bilən əmlak sertifikatlarının dövriyyə qaydaları ilə tanış olublar. Bu, könüllü olaraq həyata keçirilə bilər. Ə.Abbasovun sözlərinə görə, şirkətlər bu təşəbbüsü müsbət qarşılayıb, amma konkret qərar sertifikatların dövriyyəsini tənzimləyən normativ-hüquqi bazanın öyrənilməsindən sonra qəbul edilə bilər.
Sertifikatlar yaşayış binaları və digər tikililər (qaraj və s.) üçün buraxıla bilər.