...

Bank of Baku yeni iş rejiminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2006 12:42 (UTC +04:00)

2006-cı il mart ayının 1-dən etibarən "Bank of Baku" bütün filiallarında yeni iş rejiminə keçməklə iş saatını daha 1 saat artırıb. Trend in xəbər verdiyi kimi, bankın press-relizində deyilir ki, müştərilər bazar ertəsindən - cümə gününədək saat 9:00-dan - 17:00-dək, şənbə günləri isə saat 10:00-dan -14:00-dək xidmət olunmaq imkanı əldə edirlər. İş rejiminin artımı müştərilərə göstərilən xidmət səviyyəsinin artırılmasına yönəldilib. Qeyd edək ki, hal-hazırda gündən günə artmaqda olan bank müştərilərinin sayı 30 000 təşkil edir.

Bunula yanaşı, Bank of Baku fiziki şəxslərə yönəlmiş məhsul çeşildini də artırmaqda davam edir. Buna misal olaraq Bankın bir müddət öncə təqdim etdiyi turizm kreditini, Amerikan Express çekləri ilə tam xidmətə başlamasını, həmçinin, ən populyar təcili pul köçürmələri sistemlərindən biri olan "Sürətli Poçt" sisteminə qoşulmasını göstərmək olar.

Xəbər lenti

Xəbər lenti