...

Kuveyt fondu Kürdəmir-Ucar avtomobil yolunun yenidənqurmasına kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2006 17:22 (UTC +04:00)

Kuveyt iqtisadi inkişaf fondu 46,2 km uzunluğunda Kürdəmir-Ucar avtomobil yolunun yenidənqurma layihəsinin gerçəkləşdirilməsi üçün maliyyələşmə ayırıb. Bu barədə Trend ə hökumətdə bildirilib. Kreditin məbləği 4,2 mln. kuveyt dinarı (təxminən $14,4 mln.) təşkil edir. Layihənin ümumi dəyəri $18,3 mln. məbləğindədir. Qalan hissənin maliyyələşdirməsi ölkə hökuməti tərəfindən həyata keçiriləcək.

Kuveyt fondu artıq kredit sazişinin layihəsini Azərbaycan hökumətinə göndərib. Layihəyə əsasən kredit 22 il müddətinə 4 il ödəniş möhləti və illik 2,5% faiz dərəcəsi ilə ayrılıb. Hökumətdə qeyd olunub ki, inşa işləri 2007-ci ilə planlaşdırılıb. Kürdəmir-Ucar yolu fondun qrant vəsaiti hesabına 1999-cu ildə hazırlanmış TİƏ-yə müvafiq olaraq ikizolaqlı olacaq.

Xəbər lenti

Xəbər lenti