...

Azərbaycanın Vergilər nazirliyi dövlət büdcəsinə 228,7 mln AZN köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2006 13:22 (UTC +04:00)

İlkin məlumatlara əsasən, Vergilər nazirliyi 2006-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinə proqnozlaşdırılmış 224 mln AZN əvəzinə 228,7 mln AZN köçürüb. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin press-relizində deyilir. Vergi daxilolmaları üzrə proqnoz 102,1% yerinə yetirilib.

Büdcə daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 45 mln AZN və ya 24,5% artıb.

Azərbaycan Milli bankının 09.03.06 tarixinə olan məlumatına əsasən, bir ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi 0,9116 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti