...

Dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsi: "Bakelektroavtomat" SC-nin vəsaitləri məqsədyönlü şəkildə yatırılmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2006 17:12 (UTC +04:00)

Azərbaycanın dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi Barmek Azerbaijan şirkətinin prezidenti Hüseyn Arabulun "Bakelektroavtomat" SC-nin özəlləşdirilməsinə dair müqavilənin ləğv edilməsi barədə ərizəsini təsdiq edib. Dövlət komitəsində Trend ə bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq investisiya proqramının yerinə yetirilməməsi ilə bağlı müqavilə ləğv olunub.

"Proqramın yerinə yetirilməsi ilə bağlı ilkin araşdırmalar göstərib ki, "Bakelektroavtomat" SC-nin vəsaitləri məqsədyönlü şəkildə yatırılmayıb. Proqramda yeni avadanlıqların, nou-xau texnologiya sisteminin tətbiq edilməsi, yeni iş yerlərinin açılması, rəqabətədavamlı məhsul istehsalına sərmayə qoyuluşu nəzərdə tutulurdu" -deyə Dövlət komitəsində bildirilib.

Komitədə həmçinin qeyd olunub ki, əmək haqqı üzrə borclar tamamilə ödənilməyib. "2 il ərzində sərmayəçi müəssisəyə 40 mlrd. (köhnə) manatdan çox sərmayə yatırmaq niyyətində olub, amma 10 mlrd. (köhnə) manat həcmində sərmayə qoyulub. 2 illik müddətin investisiya proqramında göstərilmiş mərhələ ilə 2006-cı ilin noyabrında bitməsinə baxmayaraq riayət olunmayıb, nəzərdə tutulan investisiyalar qoyulmayıb" -deyə Dövlət komitəsində qeyd olunub.

"Dövlət komitəsi çatışmamazlıqların ləğv edilməsi ilə bağlı dəfələrlə sərmayəçiyə müraciət edib, amma bunların bir nəticəsi olmayıb"-deyə komitədə bildirilib. "Bakelektroavtomat" SC ilə bağlı müqavilə 2004-cü ilin noyabrında imzalanıb.

Barmek Azerbaijan şirkətinin mətbuat xidmətində bu vəziyyəti Trend ə şərh etməkdən imtina ediblər.

Xəbər lenti

Xəbər lenti