...

Çex şirkəti Bakı-Samur yolunun təmirinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2006 14:26 (UTC +04:00)

Bakı-Samur avtomobil yolunun bir hissəsinin təmiri üzrə tenderin qalibi olan Çexiyanın ZS Brno şirkəti təmir işlərinə başlayıb. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Təmir işləri Bakı-Quba yolunun 111 - 134-cü kilometrlərində aparılacaq. Şirkət Quba şəhərinin kənarından keçən yolu da təmir edəcək. Bundan başqa, həmin layihə çərçivəsində 9-a yaxın körpü tikiləcək. Bakı-Quba magistralının təmiri üzrə layihənin tam şəkildə 2008-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Bu şirkətin subpodratçısı kimi Azərbaycanın AzərInsaatServis şirkəti çıxış edir. Layihənin maliyyələşdirilməsi Çexiyanın "Eksimbank"ının ayırdığı kredit hesabına həyata keçiriləcək.

Bakı-Samur avtomobil magistralının təmiri layihəsinin reallaşdırılmasına vəsaiti Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Çexiyanın "Eksimbank"ı ayırıb. AYİB-in kreditinin məbləği $100 mln-dır. Kredit dövlət zəmanəti ilə standart şərtlərlə verilir. Bu vəsait yolların 28-89 km-lik sahəsinin təmirinə sərf ediləcək.

Ümumi uzunluğu 208 km olan yolun qalan hissəsi Çexiyanın "Eksimbank"ının ayırdığı $180 mln. məbləğində vəsait hesabına təmir ediləcək. Çex bankının krediti sindikatlaşdırılıb. Vəsaitin ümumi həcmindən $102 mln. "Eksimbank" və $78 mln-u Fransanın BNP Paribas bankı tərəfindən təqdim edilib. Kredit 4 illik güzəşt dövrü və Libor+0,6% faiz dərəcəsi ilə 15 il müddətinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti