...

Yaponiya Azərbaycanın regionlarında biznes-məhəllələrin inkişafına $1 mln. həcmində qrant ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2006 19:54 (UTC +04:00)

Asiya inkişaf bankı (AİB) ilə Azərbaycan hökuməti arasında biznes-məhəllələrin inkişafı layihəsi üzrə qrant sazişi martın 13-də Bakıda imzalanacaq. AİB-in Bakı nümayəndəliyinin rəhbəri Metyu Vestfol Trend ə bildirib ki, $1 mln. həcmində qrant Yaponiya hökumətinin yardımı çərçivəsində təqdim edilir.

Onun sözlərinə görə, əhalinin ən az təminatlı təbəqəsi üçün mikromaliyyələşdirməyə fond ayrılacaq ki, onlar yaşayış vəziyyətini yaxşılaşdıra bilsin. Bunlar mini-qrantlar şəklində Bakıdan kənarda 10 kiçik regional şəhərdə paylaşdırılacaq. Bu şəhərlərdə biznes mərkəzləri açılacaq. Burada sahibkarlıq üzrə treninqlər keçiriləcək və əhaliyə yardım göstəriləcək ki, onlar öz bizneslərini inkişaf etdirə bilsin.

İmzalanma mərasimində iqtisadi inkişaf naziri Heydər Babayev və AİB-dən Metyu Vestfol iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti