...

Martda maliyyə Nazirliyi dövlət banklarının kapitallaşdırılmasını başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2006 15:29 (UTC +04:00)

5-10 gün ərzində maliyyə Nazirliyi Kapitalbank və Azərbaycan Beynəlxalq bankının (ABB) nizamnamə kapitalında (NK) dövlət payının ödənilməsini başa çatdırmaq niyyətindədir. Bu barədə Trend ə maliyyə Nazirliyində bildirilib. Bu, Nazirlər Kabinetinin 2006-cı ildə büdcə vəsaitlərinin sərf olunması qrafikini təsdiq etməsi ilə əlaqədar mümkün olub.

ABB-nin kapitallaşdırılması üçün 26,1 mlrd. manat, Kapitalbanka isə 5 mlrd. manat ayrılacaq.

Dövlət banklarında dövlət payının doldurulmasına 2005-ci ilin dekabrından başlanılıb. Maliyyə nazirliyi artıq ümumilikdə 39,9 mlrd. manat həcmində vəsait ayırıb. Bu vəsaitdən 15 mlrd. manat Kapitalbankın NK-nin artırılmasına yönəldilib ki, bunun nəticəsində də NK 55 mlrd. manatadək artırılıb. Müvafiq olaraq, ABB-yə 24,1 mlrd. manat ayrılıb ki, bundan sonra bank NK 124,1 mlrd. manat təşkil edib.

ABB NK-da 49,8% özəl fiziki və hüquqi şəxslərə (o cümlədən banklara) malik olduğu üçün kapitallaşdırılma da onların tərəfindən aparılmalıdır. Bu səhmdarlar üçün aksiya emissiyalarının yerləşdirilməsi Bakı fond birjasında hazırkı səhmdarlar arasında aparılacaq.

Xəbər lenti

Xəbər lenti