...

Bakıda Azərbaycan-Amerika işçi qrupunun iclasının keçiriləcəyi tarix müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2006 14:04 (UTC +04:00)

Əməkdaşlıq və iqtisadi islahatlara, bazar iqtisadiyyatına keçidə yardım məsələləri üzrə Azərbaycan-Amerika hökumətlərarası işçi qrupunun növbəti iclası mayın 5-də Bakıda keçiriləcək. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib. İclasın gündəliyi hələ müəyyənləşdirilir. Bu günlərdə Azərbaycanın Maliyyə Nazirliyində Azərbaycan və ABŞ hökumətlərarası işçi qrupun həmsədrləri - maliyyə naziri Əvəz Ələkbərov və Tom Adamsın görüşü keçirilib.

Danışıqlarda ikitərəfli iqtisadi münasibətlərin hazırki vəziyyəti, eləcə də ölkədə makroiqtisadi vəziyyət müzakirə olunub. İclasda əsas diqqət Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, Amerika hökuməti tərəfindən maliyyə yardımları, investisiya mühlitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə, şəffaflıq, ölkədə makroiqtisadi vəziyyət (neftdən gələn gəlirlərin artması, ÜDM və inflyasiya), Dünya Ticarət Təşkilatına üzvlüyə hazırlıq məsələlərinə ayrılacaq.

İşçi qrupun iclası ilodə iki dəfə - bakıda və Vaşinqtonda keçirilir. Azərbaycana Amerika yardımlarının çatdırılması və onların həlli yolları son görüşlərin əsas müzakirə mövzusu olub. Ümumilikdə, ABŞ Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyir və yardım göstərməyə hazır olduğunu ifadə edir. Azərbaycan maliyyə sektoru, sığorta, bank sahəsində, sərhədlərin mühafizəsi (bu sahədə bir çox problemlər mövcuddur), qaçqınlar, kənd təsərrüfatı, təhsil və səhiyyə sistemində islahatlar üçün yardım almaq istəyindədir. Birləşmiş Ştatlar yardım göstərməyə hazır olduğunu ifadə etsə də, lakin bu yardımlar müəyyən hüdudlardan kənara çıxa bilməzlər. Bu problemlər həm də Azərbaycana qarşı 907-ci düzəlişin tam ləğv olunmaması ilə də bağlıdır.

Xəbər lenti

Xəbər lenti