...

Əvəz Ələkbərov: "ABŞ 2006-cı ildə Azərbaycan üçün yardımın həcmi ilə bağlı hələlik qəti qərar qəbul etməyib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2006 15:17 (UTC +04:00)

ABŞ hökuməti 2006-cı ildə Azərbaycana göstəriləcək yardımın həcminin müəyyənləşdirilməsi üzərində işi davam etdirir. Bu barədə Trend ə eksklüziv olaraq maliyyə naziri Əvəz Ələkbərov məlumat verib. Onun sözlərinə görə, ötən il bu həcm 2004-cü ildəki $67,5 milyona qarşı $70,5 mln təşkil edib.

Bu vəsaitlərin $9,7 milyonu (2004-cü ildə - $12 mln) demokratik islahatlara, $13,9 milyonu ($13,6 mln) iqtisadi və sosial sahələrdə aparılmış islahatlara, $31,1 mln ($11,3 mln) təhlükəsizlik və qanunların tətbiqinə, $12,2 mln ($27,1 mln) humanitar yardıma, $3,6 mln ($3,5 mln) isə sektorlara yardıma sərf olunub.

Azərbaycanın təkliflərinə görə, bu il yardımın həcmi $100 milyonu keçməlidir. Ancaq ilkin məlumatlara görə, bu göstərici ötən ilki həcmdən az olmayacaq. ABŞ layihələri müəyyənləşdirmək niyyətindədir və konqres yalnız bundan sonra qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti