...

Martın 14-də AİB Asiya və Sakin okean ölkələrinə "quş qripi" ilə mübarizədə texniki yardımı təsdiqləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 12:27 (UTC +04:00)

Martın 14-də Asiya İnkişaf Bankının Direktorlar Şurası "quş qripi"nin qarşısının alınması məqsədilə Asiya və Sakit okean ölkələri üçün $39 mln həcmində texniki yardımı təsdiqləməyi planlaşdırır. Trend in xəbər verdiyi kimi, təsdiqlənmə başa çatdıqdan sonra AİB FAO və Beynəlxalq Səhiyyə Təşkilatı ilə birgə banka üzv ölkələrə yardım göstərə biləcək.

AİB digər donorlarla - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Dünya Bankı və digər təşkilatlarla da əməkdaşlıq edir. Regional səviyyədə aparıcı təşkilat AİB, dünya səviyyəsində isə DB olacaq. Bu razılaşma Pekində "quş qripi"nə həsr olunmuş beynəlxalq konfransda əldə olunub. Qafqazda və Mərkəzi Asiyada Azərbaycan AİB-in yardım ayırdığı birinci ölkədir.

Xəbər lenti

Xəbər lenti