...

Səudiyə İnkişaf Fondunun missiyası Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 16:35 (UTC +04:00)

Azərbaycan hökuməti ilə Yevlax-Gəncə avtomobil yolunun inşası layihəsinə dair kredit sazişinin ətraflı razılaşdırılması üçün martın 31-də Səudiyyə inkişaf fondunun missiyası Bakıya səfər edəcək. Hökumətdə Trend ə bildirilib ki, missiyanın tərkibinə texniki ekspertlər Abdulla Əl-Hovayter və Məhəmməd Əl- Dalilan daxildir.

Səudiyyə fondunun direktorlar Şurası 2005-ci ilin dekabrında yol layihəsinə 48,78 mln. Səudiyyə realı həcmində ($13 mln.) kreditin verilməsini bəyənib, amma kredit sazişinin layihəsi hələ Azərbaycan tərəfinə təqdim edilməyib. Bu, fondun hökumətlə sazişə dair bir sıra məsələləri müzakirə etmək niyyəti ilə bağlıdır və buna görə də fond missiyanı Bakıya on dörd günlük səfərə göndərib. Səudiyyə fondunun şərtlərinə görə, kredit standart şərtlərlə veriləcək: 4 il güzəşt və 2% illik dərəcə faizi ilə 20 il müddətinə.

Avtomobil yolunun ümumi uzunluğu 88 km. təşkil edir, bundan 50 km. məsafəni Səudiyyə fondu və İslam inkişaf bankı maliyyələşdirir. Bank həmçinin $10,4 mln. verilməsinə dair qərar qəbul edib və ötən ilin martında bununla bağlı kredit sazişi imzalanıb. Bu kreditlə bağlı digər dövlətdaxili proseduralar da yerinə yetirilib. Yolun qalan hissəsini Asiya inkişaf bankı maliyyələşdirəcək. Bank bu məqsədlə iki sahəyə - Yevlax-Gəncə və Qazax - Gürcüstan sərhədi yolunun inşasına $93,2 mln. ayırıb. Azərbaycan hökuməti ilə AİB arasında kredit sazişinin yaxın vaxtlarda imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti