...

Kərəm Həsənov "Barmek"in öhdəliklərini yerinə yetirməməsindən narahatdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 19:49 (UTC +04:00)

"Barmek Azərbaycan" şirkətinin investisiya proqramı üzrə öhdəlikləri yerinə yetirməsində çatışmamazlıqlar Dövlət Əmlakının idarə olunması üzrə Dövlət Komitəsində narahatlıq doğurur. Trend in verdiyi xəbərə görə, Dövlət Komitəsinin sədri Kərəm Həsənov jurnalistlərlə söhbətində bildirib ki, Dövlət Komitəsi hüquq -mühafizə orqanlarının rəsmi məlumatlarında danışılan qanun pozuntuları ilə bağlı məsələləri aydınlaşdırmaq üçün şirkətin hesabat sənədlərini öyrənir.

K.Həsənovun sözlərinə görə, idarəetmə üzrə müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı "Barmek"in hesabatları qeyri-qənaətbəxş qiymətləndirilir. İlkin analizlər investisiya öhdəliklərinin yerinə yetirlməsində çatışmamazlıqları aşkar edib. Hazırda hərtərəfli tədqiqatlar aparılır və bütün məsələlər qanunvericilik çərçivəsində dövlət maraqlarına müvafiq olaraq həll ediləcək. Bakı və Sumqayıt elektrik paylayıcı şəbəkələrinin idarə olunması "Barmek Azərbaycan" şirkətinin nəzarətindədir.

Xəbər lenti

Xəbər lenti