...

Gələcəkdə ipoteka kreditləşməsində müəyyən dəyişikliklər edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 20:45 (UTC +04:00)

"Dövlət ölkənin bütün əhalisini ipoteka krediti ilə təmin edə bilməz və etməməlidir". Bu barədə Azərbaycan Milli Bankının İdarə Heyətinin rəhbəri Elman Rüstəmov jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, hazırda Nazirlik və idarələr sosial ipoteka ilə bağlı öz təkliflərini hazırlayırlar. Onlar əhalinin müəyyən kateqoriyalarına güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsin nəzərdə tutur.

"İpoteka kreditləri Azərbaycanda əhalinin mənzil probleminin həllinə yönələn yeni mexanizmdir.

Biz ipoteka kreditləşməsi sisteminin tətbiqinə yenicə başlayırıq.

Nəticələrdən asılı olaraq gələcəkdə ipoteka kreditinin şərtlərində müəyyən dəyişikliklər edilə bilər ", - deyə E.Rüstəmov bildirib.

Xəbər lenti

Xəbər lenti