...

Gəncə avtomobil zavodu Mərkəzi Asiya və Gürcüstana məhsul ixracını planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2006 16:07 (UTC +04:00)

Gəncə avtomobil zavodu Mərkəzi Asiya ölkələrinə və Gürcüstana məhsul ixracına başlamağı planlaşdırır. Trend in məlumatına görə, martın 15-də müəssisənin rəhbəri Xanlar Fətiyev bu barədə bildirib.

Hazırda zavodun istehsal gücü ayda təxminən 30 avtomobil təşkil edir.

Öz növbəsində, zavodun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib ki, hazırda müəssisənin "Oka" avtomobilinin istehsalı üzrə müqaviləsinin vaxtının uzadılması ilə bağlı danışıqlar aparılır.

"Hazırda "Oka" avtomobilinin istehsalı müqavilə müddətinin bitməsi səbəbindən müvəqqəti olaraq dayandırılıb" -deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Ümumiyyətlə, 2006-cı ildə zavod təxminən 1500 avtomobil istehsal etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti