...

Bu ilin yanvar-fevral aylarında inflyasiya 5,7 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2006 14:13 (UTC +04:00)

İstehlak mallarının qiyməti və xidmət tariflərinin artım tempi 2006-cı ilin fevralında bu ilin yanvarı ilə müqayisədə 1,9% təşkil edib. Bu barədə Trend ə Dövlət Statistika Komitəsində bildirilib. Bu dövr ərzində ərzaq məhsullarının qiyməti 3,5%, qeyri-ərzaq malları 0,2% artıb. Xidmət tarifləri ötən aylar ərzində olduğu səviyyədə qalıb.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə inflyasiyanın artım tempi 5,7% təşkil edib. Bununla ərzaq mallarının qiyməti 6,3%, qeyri-ərzaq mallarının qiyməti 4,7%, xidmət sahəsində tariflər isə 5% artıb.

Xəbər lenti

Xəbər lenti