...

Yanvar-fevral aylarında Azərbaycanın nəqliyyat sistemi ilə 20 mln ton yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2006 13:25 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar-fevral aylarında Azərbaycanın nəqliyyat sektoru ilə 19,6 mln ton müxtəlif yük daşınıb ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8,9% çoxdur. DSK-dan Trend ə verilən məlumata görə, daşınmış yüklərin ümumi həcminin 54,4%-i özəl sektorun payına düşür. Yanvar-fevral ayları ərzində yüklərin ümumi həcminin 51,5%-i avtomobil nəqliyyatı, 16,9%-i boru kəmərləri, 21,1%-i dəmiryol, 10,5%-i isə dəniz nəqliyyatı ilə daşınıb.

2006-cı ilin yanvar-fevral aylarında sərnişin nəqliyyatı ilə 163,9 mln nəfər daşınıb. Bu göstərici ötən ilin analoji dövründən 5,2% çoxdur.

Dəmiryol nəqliyyatı ilə 4,1 mln ton müxtəlif yük daşınıb ki, bu da 2005-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,2% çoxdur.

Dəniz nəqliyyatı ilə 2,1 mln ton müxtəlif yük daşınıb. Bu göstərici 2005-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 0,6% çoxdur. Daşınmış yüklərin ümumi həcminin 2/3 hissəsi neft və neft məhsullarının, yerdə qalan hissə isə quru yüklərin payına düşür.

Avtomobil nəqliyyatı ilə 10,1 mln ton yük daşınıb ki, bu da 2005-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 7,2% çoxdur. Sərnişin daşımanın həcmi 138,1 mln nəfər olub (5,1% artıb).

Metropolitendə sərnişin daşımanın həcmi 6,3% artaraq 24,7 mln nəfər təşkil edib. Hava nəqliyyatı ilə sərnişin daşıma 6,6% artıb və 162,3 nəfərə bərabər olub.

Yanvarda Avrasiya nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən 3,7 mln ton yük daşınıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 11,4% çoxdur və respublikada daşınmış yüklərin ümumi həcminin 35,2%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti