...

Vahid Axundov: "Azərbaycan hökuməti inflyasiyanın tempində sıçrayışa yol verməyəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2006 16:05 (UTC +04:00)

Azərbaycanın iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov hesab edir ki, 5,7% 2006-cı ilin yanvar-fevral ayları ərzində inflyasiyanın artım tempinin yüksək göstəricisidir. Trend in xəbər verdiyi kimi, martın 17-də V.Axundovun jurnalistlərə verdiyi məlumata görə, qiymətlərin bahalaşması adətən mövsümi xarakter daşıyır və hazırda hökumət sıçrayışın qarşısını almaq məqsədilə tədbirlər görür.

"Hökumət bununla bağlı iş görür və mən əminəm ki, biz birrəqəmli inflyasiyanın qarşısının alınması istiqamətində məqsədimizə çatacağıq. Hazırda tədbirlər görülür və hökumət ötən il olduğu kimi, bu il də qiymətlərin bahalaşmasına yol verməyəcək", - deyə dövlət müşaviri qeyd edib.

Xəbər lenti

Xəbər lenti