...

Azərbaycanda 28 min ha sahədə yaz əkini həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2006 15:41 (UTC +04:00)

Martın 1-i üçün Azərbaycanda 27,9 min ha sahədə yaz əkini həyata keçirilib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 3,9% çoxdur. Trend in Dövlət Statistika Komitəsinə istinadən xəbər verdiyi kimi, buna səbəb yaz otlarının əvvəlki illə müqayisədə 773 ha (6,9%) daha çox sahədə əkilməsi ilə əlaqədardır.

Bu dövr ərzində 8,6 ha sahədə kartof əkilib. Artım 1% təşkil edib. Tərəvəz 6,1 min ha (3,2%), dənli bitkilər (qarğıdalıdan başqa) isə 1,1 min ha (2,6%) sahədə əkilib.

Yanvar-fevral aylarında hər inəkdən və camışdan 166 kq süd alınıb ki, bu da 2005-ci illə müqayisədə 3 kq çoxdur.

Xəbər lenti

Xəbər lenti