...

Bakıda keçiriləcək Azərbaycan-İspaniya biznes-forumunda 7 ispan şirkəti iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2006 16:18 (UTC +04:00)

Martın 23-də Bakıda 7 ispan və 40 Azərbaycan şirkəti nümayəndələrinin iştirakı ilə Azərbaycan-İspaniya biznes forumu keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Sahibkarlar Milli Konfederasiyasından məlumat verilib.

Tədbirin təşkilatçıları ASMK və İspaniyanın dekorativ işıqlandırma assosiasiyasıdır. Biznes forumda mebel istehsalı və işıqlandırma sistemi sahəsində ixtisaslaşmış işgüzar şəxslər iştirak edəcək. Azərbaycanda İspaniyanın "İris Kristal", "Nyu Covimart", "Zaluks", "Valenti Varl", "Pujol İlyüminisial", "Sedan Des" və "Rafael Tormo" şirkətləri təmsil olunacaq.

Biznes-forumun keçirilməsində əsas məqsəd Azərbaycan və İspaniyanın işgüzar şəxsləri arasında əlaqələri genişləndirməkdən və ölkəyə investisiya cəlb etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti