...

Bəzi regionların su təchizatı sistemi yenidən qurulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2006 16:36 (UTC +04:00)

Mart ayından Yeni Zelandiyanın Castaliya və Azərbaycanın AzSpetsPromInvest Consulting Engineers şirkətlərinin daxil olduqları konsorsium Asiya İnkişaf Bankının "Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı sistemlərinin və sanitar xidmətlərinin yaxşılaşdırılması" layihəsi çərçivəsində məsləhət xidmətlərinin göstərilməsinə başlayıb. ASPI-dən Trend ə verilən məlumata görə, müqavilə 18 ay müddətində bağlanıb və xidmətlərin dəyəri $500 min dəyərində qiymətləndirilir.

Məsləhətçi layihənin yerinə yetirilməsi üçün hüquqi baza yaradılmasına yardım göstərəcək. Layihənin mahiyyəti su kanallarının ləğv edilməsi, onların bazasında səhmdar cəmiyyətlərin yaradılması və yenidən strukturlaşdırmasından ibarətdir.

Layihənin ümumi dəyəri $39,9 mln təşkil edir. Layihənin maliyyələşdirilməsi üçün Asiya bankı $30 mln. kredit ayırıb. Yerdə qalan $9,9 mln. isə Azərbaycan hökumətinin payına düşür. Layihənin reallaşdırılacağı 2010-cu ilə qədər olan dövrdə Ağdaş, Göyçay, Naxçıvanda su iəchizatı sistemlərinin, infrastrukturların tam şəkildə yenidən qurulması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti