...

BVF missiyası Azərbaycanla əməkdaşlığın yeni formasını müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2006 17:58 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın yeni formasını müzakirə etmək üçün BVF-nun Vitali Kramarenkonun başçılıq etdiyi missiyanın aprelin 12-dən 18-nə kimi Bakıya gələcəyi gözlənilir. Bu barədə Trend ə BVF-nun Bakı nümayəndəliyindən məlumat verilib. Valyuta fondu Azərbaycan hökumətinə Stand-by gələcək əməkdaşlıq proqramını təklif edir və bu proqram makroiqtisadi sabitliyin dəstəklənməsini nəzərdə tutur. Və bu məsələ Valyuta Fondu missiyasının Azərbaycana səfəri gedişində müzakirə olunacaq.

Hökumətdən Stand-by proqramının həyata keçirilməsi barədə hazırlıq qeyd edilir. Proqram bundan əvvəlki əməkdaşlıq proqramları kimi Fondun Direktorlar Şurasında təsdiq olunacaq. Əməkdaşlığın bu forması konsultativ xarakter daşıyacaq.

BVF-nun Bakı nümayəndəliynin rəhbəri Bazel Zavoykonun bundan əvvəl də Trend ə verdiyi məlumata görə, əvvəlki proqramlardan fərqli olaraq, bu proqram üzrə hökumətlə kredit ehtiyatlarından yalnız fövqəladə vəziyyətlərdə istifadə olunması barədə razılıq əldə olunub. Belə hallardan biri kimi neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini göstərmək olar və bu zaman büdcə kəsirini örtmək üçün vəsait tələb oluna bilər. Nümayəndəliyin rəhbərinin sözlərinə görə, kredit vəsaiti istifadə olunmayacağı halda Azərbaycanın xeyrinə ehtiyatda saxlanılacaq və onlara görə ölkə faiz ödəməyəcək.

"Bu fond ilə hökumətin əməkdaşlığının yeni formasıdır və buna görə də danışıqlar prosesi uzanır. Düşünürəm ki, bir il ərzində danışıqlar başa çatacaq", - deyə B.Zavoyko bildirib. Ötən il bu məsələ ilə bağlı razılığa gəlmək mümkün olmamışdı. Çünki yoxsulluğun azaldılması və iqtisadi inkişaf (PRGF) proqramının reallaşdırılması müddəti 2005-ci ilin iyulunda başa çatmışdı və sonra ölkədə seçkilər keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti