...

Mayda Ukrayna Hesablama Palatası sədrinin Bakıya səfəri gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2006 19:25 (UTC +04:00)

May ayının ilk ongünlüyündə Ukrayna Hesablama Palatasının (HP) sədri Valentin Simonenkonun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Azərbaycan HP-dən Trend ə bildirilib ki, öncə səfər fevralın sonuna planlaşdırılmışdı, amma Ukrayna tərəfinin xahişi ilə səfərin tarixi dəyişdirilib.

Dövlət strukturları rəhbərlərinin görüşü zamanı əməkdaşlığın gələcək istiqamətləri, təcrübə mübadiləsi və digər məsələlərlə bağlı müzakirələr aparılması planlaşdırılır.

Həmçinin Ukrayna HP ilə əməkdaşlığa dair sazişin imzalanması da istisna edilmir. Bu saziş kadr hazırlığı, iqtisadi əlaqələrin inkişafında hər iki ölkə HP-nin rolunun artırılması, auditor tədbirləri sahəsində təcrübə mübadiləsi və s. kimi məsələləri nəzərdə tutur.

"Perspektivdə həmçinin Ukrayna mütəxəssisləri ilə birgə yoxlamalar aparılması da mümkündür" -deyə HP-də qeyd olunub.

Böyük Britaniya Milli Audit Ofisinin (NAO National Audit Office) baş auditoru Con Born isə aprelin əvvəlində Bakıya səfərə gələcək.

Xəbər lenti

Xəbər lenti