...

İlk dəfə çek hərracına SC-nin 60%-dən çox aksiyası çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2006 19:40 (UTC +04:00)

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi aprelin 24-28-də ixtisaslaşdırılmış çek hərracının (sayca 91-ci) keçiriləcəyini elan edib. Dövlət komitəsində Trend ə bildirilib ki, bu, 2006-cı ildə ikinci hərrac olacaq, birinci isə 7-11 fevralda keçirilib.

Bu hərracların respublikada özəlləşdirməyə başlandığı vaxtdan keçirilən ötən hərraclardan fərqi odur ki, həmin hərraca çıxarılan aksiyaların maksimum həcmi 69,3%, minimum isə 64% təşkil edir. Çek hərracına isə adətən aksiyaların 55%-i çıxarılır.

Mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov qeyd edib ki, böyük həcmdə aksiya çıxarılmasında əsas məqsəd özəlləşdirmə prosesinə əhalinin daha geniş kütləsini cəlb etməkdir. Bununla, dölətin hər bir vətəndaşa verdiyi bərabər iştirak şərtləri nəzərə alınmalıdır. Q.Xəlilov qeyd edib ki, keçirilən çek hərraclarının sayının artırılması Dövlət komitəsinin planına daxildir.

Bakıdan kənarda olan 8 dövlət müəssisəsinin aksiyaları hərraca çıxarılıb. Bunların arasında "Yevlax sutikintitəchizat", "Lənkəran məişətcihaztəmir", "Zaqatala nəqliyyat", "Neftçala kəndtikinti", "Lerik avtonəqliyyat", "Lənkəran nəqliyyat xidmət", "Şəmkir təcrübəsənaye" və "Şəki toxucuistehsal" müəsisələri vardır. Ən yüksək nizamnamə kapitalı Yevlax müəssisəsindədir, bu, 86,264 min manat təşkil edir, az olan isə Neftçala müəssisəsindədir (27 min manat).

Xəbər lenti

Xəbər lenti