...

"Xanlar Aqrosənaye" SC investisiya müsabiqəsinə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2006 20:24 (UTC +04:00)

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi "Xanlar Aqrosənaye" SC-nin aksiyalarını investisiya müsabiqəsinə çıxarıb. Dövlət komitəsində Trend ə bildirilib ki, sərmayəçilərin təklifləri aprelin 20-dən qiymətləndirilməyə başlayacaq, təkliflərin təqdim edilməsi üçün son müddət isə aprelin 18-dək olacaq. Müəssisə şərab istehsalı üzrə ixtisaslaşdırılıb. Sərmayəçilər öz investisiya proqramlarında məhsul çeşidinin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi, yerli xammaldan istifadə, sosial tədbirlərin həyata keçirilməsi, istehsal prosesində müasir texnologiyalardan istifadə, yeni iş yerlərinin açılması və yüksək keyfiyyətli araq, konyak və digər spirtli içkilər, eləcə də mineral suların istehsalının təmin edilməsi məqsədilə köhnə iş yerlərinin bərpa edilməsi kimi məsələlərlə bağlı təkliflərini verməlidir.

Sərmayəçilər həmçinin dövlət büdcəsinə 750 mln. manat, yaxud 150 min AZN. köçürülməsi və 40 min özəlləşdirmə çekinin verilməsinə dair təkliflərini təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti