...

Agrolizing ASC kənd təsərrüfatı texnikasının alınması üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2006 11:48 (UTC +04:00)

Agrolizing ASC kənd təsərrüfatı texnikasının alınması üzrə tender elan edib. Agrolizing ASC-dən Trend ə verilən məlumata görə, birinci lot üzrə 250 ədəd taxılyığan kombaynı, ikinci lot üzrə - 330 ədəd təkərli traktor, üçüncü lot üzrə- 160 ədəd zəncirli traktor, ekskavator və traktor qoşquları, dördüncü lot üzrə- 360 ədəd ot çalan maşın və presləmə kombaynı, beşinci lot üzrə isə əkin və biçin texnikasının alınması planlaşdırılır.

Birinci lot üzrə $1500, ikinci lot üzrə -$1000, üçüncü lot üzrə - $500, dördüncü lot üzrə - $550, beşinci lot üzrə isə $600 həcmində vəsait keçirilməlidir.

Maraqlanan şəxslər sənədlərini aprelin 20-dək, tender təkliflərini isə aprelin 27-dək təqdim etməlidir. Prosedur aprelin 28-də ASC-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti