...

Azərbaycanda yeni zibil emalı zavodunun ilkin maya dəyəri müəyyənləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2006 13:25 (UTC +04:00)

Aprelin sonu və mayın əvvəllərinə kimi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məsləhətçisi Azərbaycan hökumətinə Bakıda zibil emalı zavodunun tikinti layüihəsinin texniki iqtisadi əsaslarının sonuncu variantını təqdim edib. Hökumətdən Trend ə verilən məlumata görə, ilkin varianta əsasən, layihənin dəyəri 350 mln. avro qiymətləndirilir.

AYİB əvvəlcə 50 mln. avro ayırmağa hazır olduğunu bəyan edib. Lakin ölkə hökuməti bu barədə müəyyən qərara gəlməyib. Eyni zamanda, hökumət daha əlverişli şərtlərlə maliyyə mənbələri axtarmaq və ya layihəni öz ehtiyatları hesabına maliyyələşdirmək niyyətindədir.

Azərbaycan prezidenti İlham Əliyevin Yaponiyaya səfəri zamanı yapon şirkətləri bu layihədə öz texnologiyaları ilə iştirak üçün dəvət olunublar. Onlar bu işlə maraqlanıblar və aprel ayında həmin şirkətlərdən bəzilərinin öz texnologiyalarını təqdim etmək məqsədilə respublikaya səfəri nəzərdə tutulur. Hökumətin yapon texnologiyalarını cəlb etməyə marağı onların bu işdə böyük təcrübəsi ilə əlaqədardır.

Zibil emal edən zavod zibilin toplanması, çatdırılması, istifadə edilməsi, yandırılması, basdırılması ilə yanaşı əmələ gəlmiş şlamların işlənməsi və ondan elektrik enerjisinin alınmasını özündə birləşdirən böyük bir kompleksdir. Zibilin emalı üçün zavodun illik gücü 600 min ton təşkil edəcək.

Layihənin reallaşdırılmasına başlanana kimi hökumət onun tam şəkildə dövlətə və ya özəl sektora məxsus olacağını müəyyən etmək niyyətindədir. Bunun üçün konsepsiya hazırlanır.

Xəbər lenti

Xəbər lenti