...

Qəbələ-Oğuz su kanalı layihəsinin ilkin dəyəri müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2006 14:05 (UTC +04:00)

"Azərsu" Səhmdar Cəmiyyəti Qəbələ-Oğuz su kanalının tikintisi üzrə layihənin texniki-iqtisadi əsaslandırılmasını işləyib-hazırlamaq məqsədilə məsləhətçilər cəlb edib. Bu barədə Trend ə hökumətdən məlumat verilib. İlkin məlumatlara görə, layihnin gerçəkləşdirilməsi üçün $500 mln tələb olunur. Ancaq hökumət əvvəlcə layihənin həyata keçirilməsinin məqsədəuyğunluğunu müəyyən etmək niyyətindədir, yəni yeraltı su mənbələri təsdiqlənməlidir.

Qəbələ-Oğuz Azərbaycan ərazisində mövcud olan yeganə su mənbəyidir. Layihənin həyata keçirildiyi təqdirdə Bakı bu mənbədən içməli su ilə təmin olunacaq. Qeyd edək ki, bu mənbənin suyu Şollar suyundan daha təmizdir.

Dövlət layihəni daxili mənbələr hesabına maliyyələşdirmək niyyətindədir. Artıq 2006-cı ilin dövlət büdcəsində TİƏ-nin hazırlanması üçün ilkin xərclər müəyyən edilib, tikinti xərcləri isə yalnız gələn ildən çəkilə bilər.

Xəbər lenti

Xəbər lenti