...

2006-cı ildə Bakı metropoliteni 150 mln sərnişin daşımaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2006 15:21 (UTC +04:00)

2006-cı ildə Bakı metropoliteni 150 mln sərnişin daşımaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə martın 24-də Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, ötən il bu göstərici 139 mln nəfər təşkil edib.

2000-ci ildən başlayaraq sərnişinlərin sayı hər il 10 mln artır.

Sərnişinlərin təhlükəsizliyi məsələsinə gəlincə, dövlət müəssisəsinin rəhbəri vurğulayıb ki, bu məqsədlə 1999-cu ildən etibarən metropolitendə yol keçidlərində monitorlar quraşdırılıb.

"Vaqonlarda sərnişinlərin davranışının nizamlanması məqsədəuyğundur. İndiki vaxtda bunu izləmək mümkün deyil", - deyə o, sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti