2006-cı il yanvarın 5 -də "Bank of Baku" əhalinin diqqətinə yeni məhsulunu "Bayram Sonatası" depozit əmanətini çatdırıb. 14%-ə qədər sərfəli illik dərəcə ilə 2 il müddətinə qoyulan əmanətlə yanaşı onun şərti əmanətin sahibinə Super Mükafatlar kampaniyasından 2 "Hyundai Sonata" avtomobili udmaq şansı qazandırır. Trend in verdiyi məlumata görə, bu barədə bankın yaydığı məlumatda bildirilir.
Kampanyianın çox maraqlı xüsusiyyəti bankda başqa tiplər ("Universal", "Gənc sahibkar", "Mənim ailəm", "IIP konstruktor", "Pensiyaya hazırlıq", "Təminatlı pensiyaçı") üzrə depozit hesabları açan lotareya iştirakçıları da ola bilmələrindən ibarətdir.
İlk "Hyundai Sonata" avtomobili üzrə oyun 2006-cı il martın 29-da keçiriləcək.