...

İsmayıl Həsənov: Qadağaya baxmayaraq Azərbaycanda quşların ovu faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2006 18:34 (UTC +04:00)

Ötən ilin oktyabrından qoyulan qadağaya baxmayaraq Azərbaycanda çöl quşlarının ovu faktı aşkar edilib. Trend bildirir ki, martın 24-də kənd təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidmətinin rəhbəri İsmayıl Həsənov bu barədə bəyan edib.

Onun sözlərinə görə, martın 16-18-də Qaradağ rayonu ərazisində aparılan reyd zamanı dəniz sahilində xidmətin mütəxəssisləri tərəfindən 100 qaşqaldaq aşkar edilib. Bu da onu sübut edir ki, çöl quşlarının ovu hələ də davam etdirilir.

"Əgər əhali bunda maraqlı deyilsə, müntəzəm xəbərdarlıq və qadağa ilə "quş qripi" virusunun yayılmasının qarşısının alınması mümkün deyil"- deyə o qeyd edib.

İ.Həsənov hesab edir ki, ekologiya və təbii sərvətlər Nazirliyi, eləcə də Azərbaycanın Ovçular Birliyi tərəfindən quş ovuna qadağa ilə bağlı nəzarətin gücləndirilməsi vacibdir.

Xidmətin rəhbəri istisna etməyib ki, ölkənin regionlarında "quş qripi" virusuna yoluxmanın səbəbi məhz çöl quşlarının ovlanması ola bilər.

Dövlət strukturu mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, faktların aşkar edilməsi ilə bağlı olaraq araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına artıq müraciət təqdim olunub.

Xəbər lenti

Xəbər lenti