...

2008-ci ildə Bakı metropoliteni yeni stansiyasını istifadəyə vermək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 11:28 (UTC +04:00)

Bakı metropoliteni yeni stansiyanın tikintisinə başlayıb. Trend in məlumatına görə, bu barədə martın 24-də dövlət strukturunun rəhbəri Tağı Əhmədov məlumat verib. Onun sözlərinə görə, metropolitendə tikinti işləri 1989-cu ildə dayandırılıb. Ölkə prezidentinin sərəncamına əsasən, bu işlərə 4 mln. 400 min AZN vəsait ayrılıb.

Vəsait "Əcəmi" stansiyası xətlərinin davamı olaraq 6-cı və 9-cu mikrorayonlar arasında metrostansiyasının tikintisinə xərclənəcək.

"Ümumiliklə, stansiyanı artıq 2008-ci ilin avqust-sentyabr aylarında istismara vermək planlaşdırılır", - deyə T.Əhmədov bildirib.

Bu zaman hazırda heç bir irəliləyişin olmadığı aeroport istiqamətində dəmiryolu xəttinin tikintisi məsələsi açıq qalır.

Sumqayıta xəttin tikintisinə toxunarkən Bakı metropoliteninin rəhbəri bildirib ki, bu ərazidə metro xəttinin deyil, uzunluğu 26 km olan sürətli dəmiryolu xəttinin tikilməsi daha məqsədəuyğundur.

Xəbər lenti

Xəbər lenti