...

Güzəştli ipoteka kreditləri üçün dövlət büdcəsindən vəsait 2007-ci ildən tez ayrıla bilməz

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 12:15 (UTC +04:00)

Bu il Maliyyə Nazirliyi dövlət büdcəsindən Azərbaycanın İpoteka Fondu (AİF) üçün əlavə vəsaitin ayrılmasını planlaşdırmır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə maliyyə naziri Əvəz Ələkbərov bildirib. Hətta əhalinin güzəştli hissəsi üçün vəsait 2007-ci ilin büdcəsindən ayrıla bilər.

AİF-nun sərəncamında 130 mlrd. manat mövcuddur. Həmin vəsait 2005-2006-cı illərin dövlət büdcəsindən ayrılıb. Nazir hesab edir ki, bu il fond üçün nəzərdə tutulan 100 mlrd. manat ilkin mərhələdə onun fəaliyyəti üçün kifayətdir.

Fondun icraçı direktoru Faiq Məmmədovun əvvəl dediyi kimi, gələcəkdə fondun işlərinin qaydaya salınması üçün əlavə maliyyə mənbələri cəlb ediləcək. Fond haqqında Nizamnaməyə görə, bu zaman büdcə vəsaitləri, qrant və kreditlər də cəlb edilə bilər. Fond həmçinin, qiymətli kağızlar emissiyası buraxmaq, eləcə də faizli kreditlər almaq hüququna malikdir və bundan gələcəkdə kreditlərin verilməsi üçün istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti