...

Azərbaycanda quş qripinin aşkar edilməsi üzrə növbəti monitorinq başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 12:29 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin aşkar edilməsi üzrə növbəti doqquzuncu monitorinq başa çatıb. Trend in məlumatına görə, kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bu barədə bildirib.

Onun sözlərinə görə, monitorinq əvvəllər də olduğu kimi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də Azərbaycan Ovçular Birliyi, AMEA Zoologiya İnstitutu, Baytarlıq Xidmətlərinin mütəxəssisləri ilə birgə ölkənin milli parklarında və Xəzər dənizinin sahil ərazilərində aparılıb. "Hazırda monitorinqin nəticələrinin öyrənilməsi ilə bağlı işlər aparılır və bu nəticələr Azərbaycanın quş qripinin aradan qaldırılması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət komissiyası tərəfindən elan ediləcək" -deyə dövlət strukturunun nümayəndəsi bildirib.

Bunlarla yanaşı artıq karantinin ləğv olunduğu Giləzi və Biləsuvar ərazilərində son dezinfeksiya işləri aparılır.

Xəbər lenti

Xəbər lenti