...

Bank Of Baku plastik kart sahibləri arasında uduş kampaniyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 12:41 (UTC +04:00)

Bank Of Baku MasterCard Int.-nin dəstəyilə cari il martın 15-dən aprelin 30-dək Maestro və Master Card plastik kart sahibləri arasında uduş kampaniyası keçirir.

Trend bildirir ki, digər kampaniyalardan fərqli olaraq MasterCard tərəfindən keçirilən bu kampaniya lotereya xarakterli deyil. Kampaniya çərçivəsində daha çox əməliyyat (hər bir əməliyyat 10 min dollardan az olmayaraq) həyata keçirmiş 54 plastik kart (Master Card və Maestro) sahibi həmin kampaniyanın qalibi olacaq. Əməliyyatlar eyni sayda olarsa, onda ən çox məbləğ sərf etmiş şəxs qalib olacaq.

Kampaniyanın əsas mükafatı Almaniyaya - FIFA 2006 futbol üzrə dünya çempionatına iki nəfərlik səfərdir. İkinci və üçüncü yerləri tutmuş şəxslər Microsoft X-box oyun komplektinin sahibi olacaq. Digər qalibləri FIFA Dünya Çempionatının Adidas futbol topları gözləyir.

Xəbər lenti

Xəbər lenti